Çempion "Qəbələ"yə rəhm etmədi

Çempion "Qəbələ"yə rəhm etmədi

Futbol üzrə 1-ci divizionda 24-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.   Bugünkü görüşlərdən ikisində heç-heçə qeydə alınıb. "Kəpəz" MOİK ilə qollu, “Qarabağ”ın əvəzediciləri isə “Səbail-2” ilə qolsuz "sülh"ə razılaşıb.

Əvəzində, çempionluğu vaxtından əvvəl təmin edən "Qaradağ Lökbatan" "Qəbələ-2" ilə oyunda darmadağına sevinib.    Birinci Divizion 24-cü tur 2 may

Kəpəz – MOİK 1:1

Qollar: Emil Qasımov, 2 - İsa Zeynallı, 69-pen.  Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov Gəncə şəhər stadionu, 15:30   Qarabağ-2 – Sabah-2 0:0 Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov Binə qəsəbə stadionu, 16:00   Qaradağ Lökbatan – Qəbələ-2 5:0

Qollar: Ceyhun Muxtarlı, 25. Həbib İsmayılov, 39. Urfan İsmayılov, 48. Elnur Səmədov, 52. Sabir Allahquliyev, 71. Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Turun qalan oyunları dünən keçirilib: Şamaxı-2 – Səbail-2 5:0 (Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87), Neftçi-2 – Zirə-2 1:0 (Xəqani Sadıxov, 34), Sumqayıt-2 – Zaqatala 0:1 (Xəlil Bəşirov, 26). Çempion "Qəbələ"yə rəhm etmədi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər