"Çelsi" və "Mançester Yunayted" "Liverpul"a rəqib oldu

"Çelsi" və "Mançester Yunayted" "Liverpul"a rəqib oldu
"Layptsiq"in hücumçusu Timo Verner Avropa nəhənglərinin maraq dairəsindədi.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted"in rəsmiləri Vernerin agenti Karl-Haynts Fersterlə əlaqə yaradaraq mümkün transferi müzakirə ediblər. 24 yaşlı futbolçu uğrunda mübarizədə digər ingilis klubu - "Liverpul" favorit hesab olunur.
Verner daha öncə verdiyi açıqlamada karyerasını Almaniya xaricində davam etdirmək istədiyini bildirmişdi.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan alman forvardın aktivində 21 qol, 7 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər