"Neftçi" Əlcəzair yığmasının üzvünü transfer etmək istəyir. Fanat.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, "Neftçi" "Əl Harraş" klubunun üzvü Hişam Belkaruini heyətinə qatmaq istəyir. Hətta Bakı klubunun 23 yaşılı müdafiəçiyə görə 250 min avrodan keçməyə hazır olduğu da deyilir.
Maraqlıdı ki, dünən Hişam Belkaruini "Bakı"nın transfer etmək istədiyi deyilirdi. Hətta ona Tunisin “Esperans” və “Etual dü Sahel” klublarından da təklif olduğu iddia edilib. Görünür menecerlər gənc futbolçunun reklamını etmək üçün belə informasiyalar yayır.
Qeyd edək ki, Hişam Belkaruini ötən mövsümdən "Əl Harraş"ın formasını geyinir (40 oyun, 4 qol). O, 2011/12 mövsümündə Əlcəzairin "Tlemken" klubunda top qovub (17 oyun, 1 qol). Əvvəllər Əlcəzairin ağaşı yaş qrupları üzrə yığmalarında çıxış edən müdafiəçi ötən il ilk dəfə A milliyə dəvət alıb və Mauritaniya ilə yoldaşlıq oyununda 90 dəqiqə oynayaraq debüt edib. "Transfermarkt" Hişama 450 min avro qiymət qoyub.
Fanat.az