El Şaravi İstanbul klubuna keçə bilər - SON DURUM

El Şaravi İstanbul klubuna keçə bilər - SON DURUM

"Roma"nın hücumçusu Stefan El Şaravi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az "Football Italia" saytına istinadən xəbər verir ki,  29 yaşlı futbolçunun xidmətində "Qalatasaray" maraqlıdır.

Mənbənin məlumatına görə, “Qalatasaray” El Şaravinin mümkün transferi ilə bağlı “Roma”ya rəsmi müraciət edib. İstanbul təmsilçisi "canavarlar"dan cavab gözləyir. Futbolçu özü Türkiyədə oynamağın əleyhinə deyil.

Daha öncə mətbuatda "Qalatasaray"ın "Zenit"in keçmiş hücumçusu Artyom Dzyuba ilə maraqlandığını barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Stefan El Şaravi 2021-ci ildən "Roma"da çıxış edir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər