"Beşiktaş" "Əl-Nəsr"in hücumçusu Vensan Abubakarı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Xəbərə görə, 30 yaşlı kamerunlu futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Abubakar 2021-ci ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edirdi. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Abubakar əvvəllər "Beşiktaş"da oynayıb - 2016-2017-ci illərdə (icarə əsasında) və 2020-2021 mövsümündə.