"Əl-Nəsr" "İnter"in futbolçusuna elçi düşüb

"Əl-Nəsr" "İnter"in futbolçusuna elçi düşüb

Səudiyyə Ərəbistanı klublarından Avropanın ulduz futbolçularına təkliflər yağır. 

Fanat.Az xəbər verir ki, bu dəfə Marselo Brozoviç ərəblərin "radarına" düşüb. 

Məlumatı insayder Canluka Di Marsio yayıb. Onun sözlərinə görə, "İnter"in yarımmüdafiəçisi "Əl-Nəsr"in hədəfindədir. 

Klub xorvatiyalı futbolçu üçün Milan təmsilçisinə 15 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, Xorvatiya millisinin 30 yaşlı üzvü 2015-ci ildən "İnter"də çıxış edir. Marselo 263 oyunda forma geyinib və 25 qola imza atıb. Onun klubu ilə sözləşməsinin müddəti 2026-ci ilə qədər nəzərdə tutulub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər