Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi

Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu "Qalatasaray"ın prezidenti Mustafa Cengizin başlatdığı "Aslan Kimi Sponsor" yardım kampaniyasına qoşulub.
Fanat.Az xəbər verir ki, bələdiyyə rəhbəri etdiyi yardımın çekini sosial media hesabından paylaşaraq "İstanbulumuzun seçkin "Qalatasaray"ın çağırışına İstanbul Bööyükşəhər Bələdiyyə başqanı olaraq dəstək oldum. Bütün "Qalatasaray"lıları dəyərli klubumuza dəstək olmağa dəvət edirəm" yazıb.
Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi
Qeyd edək ki, Ekrem İmamoğlu bundan əvvəl "Beşiktaş"ın başlatdığı kampaniyaya da qoşulmuş və "Istanbulun bütün seçkin klublarının olduğu kimi "Beşiktaş"ın da yanındayam" yazmışdı.
 
Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi
 
Ekrem İmamoğlunun "Qalatasaray"ın kampaniyasına qoşulması "Fənərbağça" azarkeşlərinin etirazına səbəb olub. Fanatlar etdikləri paylaşımlarda bələdiyyə başqanını "Fənərbağça"nın kampaniyalarına da qoşulmağa çağırıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər