İtaliyanın "Salernitana" klubunun qapıçısı Gilyermo Oçoa MLS klubundan təklif alıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 38 yaşlı meksikalı bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək və yayda azad agent kimi klubu tərk edəcək.
Oçoa bu mövsüm "Salernitana"da 21 oyun keçirib və 42 qol buraxıb.
Xatırladırıq ki, təcrübəli qapıçı Meksika millisinin heyətində beş dünya çempionatında iştirak edib.
Mirağa