Eddi İsrafilov Bakıya yola düşdü - FOTO

Eddi İsrafilov Bakıya yola düşdü - FOTO

İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilov milli komandamızın düşərgəsinə qoşulmaq üşün Bakıya yola düşüb. Fanat.az xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində xəbər verib.

Eddi İsrafilov bu barədə foto da paylaşıb. Futbolçu qardaşı və anası ilə birlikdə ölkəmizə gəlir. 

Eddi sabahdan millimizin Malta ilə oyunun təlim-məşq toplanışına qoşulacaq. 

Qeyd edək ki, martın 28-də millimiz AVRO-2016 seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər