Dünya Kubokunun ən gənc sahibi Bakıda yarışacaq

Dünya Kubokunun ən gənc sahibi Bakıda yarışacaq

Dağ velosipedi idmanı üzrə Dünya Kubokunun qalibi isveçrəli Yolanda Neff yarışa hazırlaşır. Fanat.az xəbər verir ki, isveçli Yolanda Neff keçən il Beynəlxalq Velosiped İttifaqı üzrə Dünya Kubokunu qazanmış ən gənc idmançıdı. 

Bu zaman o, 21 yaşında idi. O, "Bakı-2015" ilk Avropa Oyunlarının şənbə günü baş tutacaq qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlarda favorit idmançı sayılır. O, bu yarışlarda rəqibləri ilə mübarizıdə ilk medalını qazana bilmək üçün iştirak edəcək.

Gənc velosipedçi özü haqqında danışarkən insanlarla ünsiyyət qurmağı sevdiyini deyib. Ətrafdakıların məsləhətlərindən hər zaman yararlanan Yolandanın fikrincə, insanlarla belə yaxınlıq, onun hər zaman uğur qazanmasına köməklik edir: "Bu çox gülməlidi, əgər hər rastlaşdığın adamdan nə isə kiçik bir şey əldə etsən, sən çox şeyi bir yerə toplaya bilərsən. Mənə gəldikdə isə, mən həmişə o şeylərlə əlaqədə olmuşam. Məşq zamanı adamlarla danışıram. Müxtəlif yerlərdən məlumat alıb, sonra da onlardan mənim üçün ən yaxşısını qəbul edirəm".

"Bakı-2015" I Avropa Oyunlarında mübarizə aparacaq idmançı vətənində "dağ velosipedi idmanı yarışlarının kraliçəsi" kimi də tanınır. O, Dünya Çempionu tacını qoruyub saxlamağı hələ də uğurla davam etdirir. Belə ki, o, bu ilin mayında keçirilmiş iki açılış yarışlarında qələbə qazanaraq zirvəyə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər