Dünya çempionatında 39 yaşlı futbolçu: 5-ci dəfə qatılacaq

Dünya çempionatında 39 yaşlı futbolçu: 5-ci dəfə qatılacaq
Meksika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, 23 nəfərlik heyətə 3 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu daxil edilib.
Siyahıya 39 yaşlı müdafiəçi Rafael Markes də salınıb. "Barselona"nın sabiq futbolçusu karyerasında 5-ci mundiala qatılacaq. Bu göstəricidə Markes həmyerlisi Antonio Karbaxal, almaniyalı Lotar Matteus və italiyalı Canluici Buffonla bərabərləşib. O, 4 dünya çempionatında kapitan olmuş yeganə futbolçudu.
Lakin Markes Mateusa məxsus 25 oyunluq rekorda çata bilməyəcək. Hazırda onun aktivində 16 matç var. Mundialda isə maksimum 7 oyun keçirmək mümkündü. Təcrübəli müdafiəçi "DÇ-2018"dən sonra karyerasını başa vuracağını açıqlayıb. O, 1997-ci ildən çıxış etdiyi millidə 143 oyun keçirib.
Qapıçılar: Xesus Korona ("Krus Asul"), Alfredo Talavera ("Toluka"), Gilyerme Oçoa ("Standard", Belçika)
Müdafiəçilər: Edson Alvares ("Amerika"), Uqo Ayyala ("Tiqres"), Xesus Qalyardo (UNAM), Migel Layun ("Sevilya", İspaniya), Ektor Moreno ("Real Sosyedad", İspaniya), Dieqo Reyes ("Portu", Portuqaliya), Karlos Salsedo ("Ayntraxt", Almaniya)
Yarımmüdafiəçilər: Marko Fabian ("Ayntraxt", Almaniya), Xonatan dos Santos ("Los-Anceles", ABŞ), Covani dos Santos ("Los-Anceles", ABŞ), Andres Quardado ("Betis", İspaniya), Ektor Errera ("Portu", Portuqaliya), Rafael Markes ("Atlas")
Hücumçular: Xavyer Akino ("Tiqres"), Xavyer Ernandes ("Vest Hem", İngiltərə), Raul Ximenes ("Benfika", Portuqaliya), İrvinq Losano (PSV, Hollandiya), Oribe Peralta ("Amerika"), Karlos Vela ("Los-Anceles", ABŞ), Xesus Manuel Korona ("Portu", Portuqaliya)
Qeyd edək ki, Meksika yığması F qrupunda Almaniya (17 iyun, Moskva, "Lujniki"), Cənubi Koreya (23 iyun, Rostov-Don) və İsveçlə (27 iyun, Yekaterinburq) üz-üzə gələcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər