Don Diablo Bakıya gəlir

Don Diablo Bakıya gəlir

Formula 1 üzrə Azərbaycan Qran Prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Fanat.Az-a verilən məlumata görə, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.

Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi bəlli olub.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər