Dibala “Roma”nın tarixinə düşdü

Dibala “Roma”nın tarixinə düşdü

“Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub (1:1, penaltilər – 1:4).

Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma İtaliya klubunun hücumçusu Paulo Dibala üçün əlamətdar olub. O, “Roma”nın avrokubokların finalında qol vuran ikinci əcnəbi (argentinalı) futbolçusu olub.

İlk dəfə 1960/61 mövsümündə Yarmarka kubokunun finalında argentinalı Pedro Manfredini bunu bacarıb. Həmin matçda “Roma” “Birmingem”i məğlub edib (4:2).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər