Dibala "Roma"dan ayrıla bilər

Dibala "Roma"dan ayrıla bilər

"Roma" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Paulo Dibala klubdan ayrılacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

Forvardın müqaviləsində yer alan maddəyə əsasən, "Roma" ÇL-də çıxış etməsə, 29 yaşlı futbolçu 20 milyon qarşılığında komandasını dəyişə bilər. 

Qeyd edək ki, bu ilin yayında "Yuventus"la müqaviləsi başa çatan Dibala "Roma" ilə 3+1 müddətinə anlaşma bağlayıb. O, cari mövsüm bütün turnirlərdə 12 matç keçirib və 7 qola imza atıb. 

Xatırladaq ki, XV turdan sonra 27 xal toplayan "Roma" A Seriyasında 7-ci sırada qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər