Devid Bekhemin klubunun MLS-də debüt tarixi açıqlandı

Devid Bekhemin klubunun MLS-də debüt tarixi açıqlandı
Devid Bekhemin rəhbərlik etdiyi ABŞ-ın "İnter" klubunun Milli Futbol Liqasında (MLS) iştirak etməyə başlayacağı tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi MLS-də 1 mart 2020-ci ildə debüt edəcək. Komanda həmin gün "Los Anceles"in qonağı olacaq. Martın 14-də isə  "Los Anceles Qalaksi"ni qəbul edəcək. 
"İnter" ev oyunlarını 19 min tamaşaçı tutumuna malik Fort-Loderdeyl stadionunda keçirəcək. Bir neçə ildən sonra klub Mayamidəki 26 min tamaşaçı tutumuna malik arenaya dönməlidir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər