Del Pyero "Tottenhem"in düşərgəsində

Del Pyero "Tottenhem"in düşərgəsində

İtaliya millisinin və "Yuventus" klubunun canlı əfsanəsi  Alessandro Del Pyero ötən gün "Tottenhem"in məşqində iştirak edib. 

Fanat.Az xəbər verir ki, ​​"Çelsi" - "Yuventus" matçında ekspert qismində yer alan veteran futbolçu Londonda səfəri zamanı "Tottenhem"in də düşərgəsinə baş çəkib. 

Komandanın ulduz futbolçuları Harri Keyn, Xın Min Son və Pyer-Emil Höyberq 47 yaşlı mütəxəssislə fotolarını sosial şəbəkə hesablarında paylaşıblar. 

"Xoruz"ların baş məşqçisi Antonio Konte də həmyerlisi ilə şəkil çəkdirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər