De Rossi "Feyenoord"dan çəkinir: "Son dəfə bizə qarşı görüşdə top buraxıblar"

De Rossi "Feyenoord"dan çəkinir: "Son dəfə bizə qarşı görüşdə top buraxıblar"

"Roma"nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün evdə "Feyenoord"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, səfərdən 1:1 hesablı bərabərliklə qayıdan "canavarlar"ın çalışdırıcısının dediklərini klubun rəsmi saytı belə çatdırıb:

"Müdafiədə diqqətli  olmalıyıq. "Feyenoord" yaxşı oynayan, çox sayda təhlükəli epizodlar yaratmağı və qollar vurmağı bacaran kollektivdir. Ardıcıl neçə oyundur ki, rəqib qapılarına yol tapırlar və son dəfə bizə qarşı görüşdə top buraxıblar. 

Bu, ağır oyun olacaq. Təzyiqi dəf etməli, balansı qorumalı, top bizdə olanda öz futbolumuzu sərgiləməliyik".

Qeyd edək ki, "Olimpiko"da reallaşacaq "Roma" - "Feyenoord" görüşü Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər