Frank de Bur MLS təmsilçisi "Atlanta Yunayted"in baş məşqçi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı niderlandlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Çalışdırıcının köməkçiləri də sözügedən elita təmsilçisi ilə vidalaşıblar.
"Ayaks", Milan "İnter"i, "Kristal Pelas" kimi klublarda çalışmış de Bur 2018-ci ilin sonundan "Atlanta Yunayted"in baş məşqçisi idi.
Fanat.Az