Daha bir qrup erməni Bakıya gəlir

Daha bir qrup erməni Bakıya gəlir
Bu gün erməni idmançılarının daha bir qrupu "Bakı-2015" I Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün bu gün Bakıya gəlir. Fanat.az xəbər verir ki, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdi. Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb. 
Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandı. 
Erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər