Daha bir dünya ulduzu "İnter Mayami" ilə danışıqlara başladı

Daha bir dünya ulduzu "İnter Mayami" ilə danışıqlara başladı

Heyətində Lionel Messi, Jordi Alba, Luis Suares, Serxio Buskets kimi ulduz oyunçular cəmləşən "İnter Mayami" daha bir məşhur futbolçunu heyətinə qata bilər.

Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.

Mənbə Mayami təmsilçisinin cari mövsümün sonunda "Mançester Siti"ni tərk edəcəyi dəqiqləşən Kevin De Bröyne ilə danışıqlara başladığını vurğulayıb. Xəbərə görə, Səuydiyyə Ərəbistanı klublarından da təkliflər alan belçikalı yarımmüdafiəçi ABŞ-də oynamaq variantını daha uyğun hesab edir və bu səbəbdən keçidin reallaşmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, cari mövsüm "şəhərlilər"in forması ilə 30 matça çıxan De Bröyne 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər