Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, bu gün 5 görüş baş tutub.
“Fatih Karagümrük” “Kırklarelispor”u, “Ankaragücü” “Rizəspor”u inamlı qələbə ilə mübarizədən kənarlaşdırıb. Super Liqa təmsilçisi “Kasımpaşa” isə gözlənilmədən aşağı liqa klubu “Bandırmaspor”a uduzaraq mübarizəni dayandırıb.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sakaryaspor”la oyunda darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib. Millimizin üzvü bu oyunun iştirakçısı olmayıb. “Beşiktaş” da “Eyüpspor”ü böyük hesabla yenib.
Türkiyə Kuboku 1/16 final 16 yanvar
Fatih Karagümrük – Kırklarelispor 2:0 Kasımpaşa – Bandırmaspor 0:1 Hatayspor – Sakaryaspor 5:1 Ankaragücü – Rizəspor 3:1 Beşiktaş – Eyüpspor 4:0
17 yanvar
14:00. Antalyaspor – Pendikspor 14:00. Başakşəhər – Boluspor 16:00. Qaziantep – Bodrumspor 18:00. Alanyaspor – Samsunspor 20:00. Adana Dəmirspor – Ərzincanspor 22:00. Fənərbaxça – Adanaspor
18 yanvar
14:00. Sivasspor – Keçiörengücü 16:00. Kayserispor – Gənclərbirliyi 18:00. Konyaspor – Göztəpə 20:00. Trabzonspor – Manisa 22:00. Qalatasaray - Ümraniyəspor