DÇ: Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır

DÇ: Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da Arif Niftullayev xalça üzərinə çıxacaqlar.

60 kq 1/16 final Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq 1/8 final Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq 1/16 final Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Bu gün həmçinin üç yunan-Roma güləşçisi qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər