DÇ-2026: "Neftçi"nin futbolçusu Monteneqroya qələbə qazandırdı

DÇ-2026: "Neftçi"nin futbolçusu Monteneqroya qələbə qazandırdı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 2-ci turun daha 6 oyunu keçirilib.

Gərgin və məhsuldar alınan Moldova - Estoniya görüşündə sevinən tərəf qonaq komanda olub.

Norveç yığması İsrail üzərində inamlı qələbə qazanıbsa, Uels Şimali Makedoniya səfərindən 1 xalla dönüb.

Çexiya səfərdə Cəbəllüttariqi darmadağın edib, Qazaxıstan Lixtenşteyni üstələyib.

Monteneqro yığması Farer adalarını minimal hesabla yenib. Yeganə qolu “Neftçi”nin ikinci hissədə oyuna qoşulan  futbolçusu Edvin Kuç 90+6-cı dəqiqədə vurub. “Qarabağ”ın oyunçularından Marko Yankoviç bu görüşdə 69, Marko Veşoviç isə 70 dəqiqə mübarizə aparıb. 

DÇ-2026-nın seçmə mərhələsi Qrup mərhələsi, 2-ci tur 25 mart

I qrupu

Moldova – Estoniya 2:3 Qollar: Nikolaesku, 67. Kaymakov, 90+1 – Peetson, 19. Sappinen, 30. Kait, 70.

İsrail – Norveç 2:4 Qollar: Abu Fani, 55. Turgeman, 90+3 – Volfe, 39. Sörlot, 59. Ayer, 65. Holand, 83.

Xallar: Norveç – 6. Estoniya – 3. İsrail – 3. İtaliya – 0. Moldova – 0.

J qrupu

Şimali Makedoniya – Uels 1:1 Qollar: Miovski, 90+1 – Bruks, 90+6.

Lixtenşteyn – Qazaxıstan 0:2 Qollar: Samorodov, 42. Maroçkin, 45.

Xallar: Şimali Makedoniya – 4. Uels – 4. Qazaxıstan – 3. Belçika – 0. Lixtenşteyn – 0.

L qrupu

Cəbəllüttariq – Çexiya 0:4 Qollar: Çerni, 21. Şik, 50. Şults, 72. Kliment, 90+5.

Monteneqro – Farer adaları 1:0 Qol: Kuç, 90+6.

Xallar: Çexiya – 6. Monteneqro – 6. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər