DÇ-2026: Portuqaliya Konqonu yenə bilmədi, Ronaldu heç nə ilə yadda qalmadı

DÇ-2026: Portuqaliya Konqonu yenə bilmədi, Ronaldu heç nə ilə yadda qalmadı

İyunun 11-də start götürən futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün K qrupunda yer alan Portuqaliya seçməsi 1-ci tur çərçivəsində Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Hyuston stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu ilk dəqiqədən sona qədər meydanda olsa da, yüksək performansla yadda qalmayıb.

Bu qrupun digər oyununda, saat 03:00-da Qana Panama ilə üz-üzə gələcək.

DÇ-2026 1-ci tur, 17 iyun

K qrupu

Portuqaliya - DR Konqo 1:1 Qollar: Joau Neveş, 6 - Yoan Vissa, 45+5. Baş hakim: Abdulrahman Al-Jassim (Qətər). Hyuston. "NRG Stadium".  

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər