DÇ-2026: Portuqaliya darmadağına sevindi

DÇ-2026: Portuqaliya darmadağına sevindi

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.

Fanat.Az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.

Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla (6, 39) yadda qalıb. Digər qolları isə Nunu Mendeş (17), Abduvohid Nematov (60-öz qapısına) və Rafael Leao (87) vurub.

Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya yığması Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər