DÇ-2022: Püşk atıldı - Türkiyə Portuqaliyaya rəqib oldu

DÇ-2022: Püşk atıldı - Türkiyə Portuqaliyaya rəqib oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdən öncə komandalar iki səbətə bölünmüşdü.   10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer almışdı. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəkdilər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşmışdı.   Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşmüşdü. Rusiya və Ukrayna yığmaları isə siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzdilər.   Pley-off iştirakçıları üç “dördlük” təşkil edib. C yolunda yer alan Türkiyə millisi Portuqaliyaya rəqib olub. İtaliya yığması isə ilk sınağında Şimali Makedoniya ilə qarşılaşacaq.   Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.   DÇ-2022-nin pley-off mərhələsi   A yolu   Yarımfinal 1. Şotlandiya - Ukrayna 2. Uels - Avstriya   Final 1-ci cütün qalibi - 2-ci cütün qalibi   B yolu   Yarımfinal 1. Rusiya - Polşa 2. İsveç - Çexiya   Final 1-ci cütün qalibi - 2-ci cütün qalibi   C yolu   Yarımfinal 1. İtaliya - Şimali Makedoniya 2. Portuqaliya - Türkiyə   Final 1-ci cütün qalibi - 2-ci cütün qalibi  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər