DÇ-2022: Portuqaliya da uddu, Braziliya da

DÇ-2022: Portuqaliya da uddu, Braziliya da

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk görüşü G qrupunda baş tutub. Bakı vaxtı ilə saat 14:00-da start götürən qarşılaşmada İsveçrə və Kamerun yığmaları üz-üzə gəlib. İsveçrəlilər bu matçda tək qolla 3 xal qazanıblar.

Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə münasibətlərini aydınlaşdırıb. Cənubi amerikalılar meydanı inamlı qələbə ilə tərk ediblər.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da qarşılaşıb. Bu oyunda hesab açılmayıb. Portuqaliya və Qana seçmələrinin oyunu isə məhsuldar alınıb və Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Dünya çempionatı 24 noyabr

G qrupu

İsveçrə - Kamerun 1:0 Qol: B.Embolo, 48. Baş hakim: Fakundo Telyo (Argentina). "Əl-Canub" stadionu.

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka (k), Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas. Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq (k), Karl Toko Ekambi.

Braziliya - Serbiya 2:0 Qol: Rişarlison, 62; 73. Baş hakim: Alireza Faqani (İran). "Lusail" stadionu.

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Rişarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior. Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudel, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç (k), 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç.

H qrupu

Uruqvay - Cənubi Koreya 0:0 Baş hakim: Kleman Türpen (Fransa). "Edyukeyşn Siti" stadionu.

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin (k), Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino. Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min (k).

Portuqaliya - Qana 3:2 Qol: K.Ronaldu, 65-pen. J.Feliks, 78. R.Leau, 80 – A.Ayyu, 73. O.Bukari, 89. Baş hakim: İsmail Elfat (ABŞ). "Stadiium 974" arenası.

Portuqaliya: Dioqu Kosta, Rafael Gerreyru, Danilo Pereyra, Juan Kanselu, Ruben Dias, Ruben Neves, Brunu Fernandeş, Bernardu Silva, Juan Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu (k). Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu (k), İnyaki Uilyams.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər