DÇ-2022 Çempionlar Liqasına necə təsir edəcək?

DÇ-2022 Çempionlar Liqasına necə təsir edəcək?

UEFA 2022/2023 mövsümü üçün Çempionlar Liqasının təqvimini açıqlayıb.

Fanat.Az xəbər verir ki, turnir bu ayın 21-də başlayacaq, finalı isə 2023-cü ilin 10 iyun tarixində baş tutacaq.

İyunun 21-də turnirin ilkin seçmə mərhələsi start götürəcək. İyulun 5-dən avqustun 24-dək I və II təsnifat mərhələlərinin, eləcə də təsnifat mərhələsinin pley-off oyunları keçiriləcək.

Qrup mərhələsi sentyabrın 6-dan noyabrın 2-dək davam edəcək. Qrup mərhələsinin noyabrın əvvəlində başa çatması ilin sonunda (noyabrın 21-dən dekabrın 18-dək) ​​Qətərdə dünya çempionatının keçirilməsi ilə bağlıdır. Pley-off mərhələsinin 1/8 finalı fevralın 14-dən martın 15-dək, 1/4 final görüşləri 11, 12 18 və 19 aprel, yarımfinal matçları 9, 10, 16, 17 may tarixlərində keçiriləcək.

Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda baş tutacaq. İstanbul 2020-ci ildə Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etməli idi, lakin koronavirus pandemiyası səbəbindən matç təxirə salınmışdı. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər