Ceko "Roma"dan ayrılır

Ceko "Roma"dan ayrılır
Edin Ceko mövsümün sonunda "Roma"dan ayrıla bilər.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Roma" Cekonun hazırkı məvacibini ödəmək gücündə deyil. Koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət və Çempionlar Liqasından kənar qalmaları "canavarlar"ın maddi vəziyyətinə olduqca pis təsir edib. Bu səbəbdən 34 yaşlı futbolçunun komandanı tərk etməsi gündəmdədi.
Cekonun adı "Yuventus" və "İnter"lə birlikdə hallanır.
Cari mövsümdə 39 matçda meydana çıxan bosniyalı hücumçunun aktivində 18 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər