Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

"Amazon" şirkətinin təsisçisi Ceff Bezos İngiltərənin "Liverpul" klubuna investisiya yatırmaq variantını dəyərləndirir.

Fanat.Az "Sky News" telekanalına istinadən xəbər verir ki, milyarderin yer aldığı konsorsium klubun 30 faizlik səhmini almaq üçün "Fenway Sports Group" ilə ilkin danışıqlara başlayıb.

Hələlik "Liverpul" rəhbərliyi klubu tam şəkildə satmaq niyyətində olmadığını bəyan edib.

Sərvəti 257 milyard dollar qiymətləndirilən Bezosun bu layihəyə qoşulması Premyer Liqa tarixində ən böyük maliyyə gedişlərindən biri sayıla bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər