"Roma"nın direktoru Tiaqu Pintu (Thiago Pinto) "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka (Granit Xhaka) ilə bağlı danışıb.
Fanat.Az "Football İtalia"ya istinadən xəbər verir ki, klub rəsmisi Cakanın "Roma"ya keçidinin alınmamasına görə təəssüfləndiyini bildirib.
“Söhbət büdcədən getmir. Hamı bilirdi ki, Qranit Caka ilə müqavilə bağlamaqda maraqlı idik. Ancaq danışıqları davam etdirə bilmədik və daha təcili işlərin həllinə diqqət yetirməli olduq. Caka "Roma"ya keçmək istəyirdi, amma "Arsenal" onu satmaq fikrində deyildi. Keçidin baş tutmadığına görə çox üzgünəm", - deyə Pintu bildirib.
Qeyd edək ki, "Arsenal" Qranit Caka ilə müqaviləni 2024-cü ilin yayına qədər uzadıb.
Emin Şəmsiyev