"Xəzər Lənkəran" "Sumqayıt"la oyuna da Cahingir Həsənzadəsiz çıxacaq. Fanat.az xəbər verir ki, təcrübəli qolkiper hələ zədəsini sağaltmayıb və X turun oyununu buraxmalı olacaq.
Qeyd edək ki, Həsənzadə "Qarabağ"la oyunda da iştirak etməyib. "Xəzər Lənkəran"ın 2:3 hesabı ilə yenildiyi matçda qapını Orxan Sadıqlı qoruyub.
Fanat.az