Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində mübarizə start götürəcək.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan millisinin 10 üzvü ümumilikdə üç çəkidə çıxış edəcək.
Kişilər
73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa)
81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan)
Qadınlar
70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF)
Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.