"Barselona"nın artıq keçmiş yarımmüdafiəçisi Serxio Buskets karyerasını "İnter Mayami"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Amerika klubunun mətbuat xidməti sosial şəbəkə hesabında yayıb.
Klub məşqçilər Visente Del Boske və Xavinin, həmçinin "Barselona"dan keçmiş komanda yoldaşları Xuan Roman Rikelme və Lionel Messinin, eləcə də "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin ispaniyalı futbolçu haqqında açıqlamalarını əks etdirən videorolik paylaşıb.
Buskets "İnter Mayami"yə azad agent kimi keçir. Onun katalonlarla hazırkı müqaviləsi iyunun 30-da başa çatır. Daha əvvəl futbolçu komandanı dəyişmək qərarına gəldiyini açıqlamışdı.
Beləliklə, Buskets 2005-2021-ci illərdə "Barselona"da çıxış etdiyi Lionel Messinin yenidən komanda yoldaşı olacaq. Messi iyunun əvvəlində "İnter Mayami"yə keçib.
Mirağa