Türkiyənin tanınmış məşqçilərindən Bülənt Uyğun "Fənərbağça" ilə bağlı iddialı açıqlama verib.
Fanat.Az "Ajansspor"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis İstanbul klubunu böyük fərqlə çempion edə biləcəyini deyib:
"Əsas məsələ İstanbul klublarını qalib etmək deyil, Anadoludan çempion çıxarmaqdır. Mən onu istərəm. "Fənərbağça"nın baş məşqçisi olsam, komandanı böyük fərqlə çempion edərəm".
Qeyd edək ki, Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Vitor Pereyranın istefası gündəmdədir. Bülənt Uyğunun sonuncu klubu isə "Çaykur Rizespor" olub.
Mirağa