Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək

Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək
Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Fanat.Az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər