"Atletiko Madrid"in futbolçusu Qabriel Paulista karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb.
Məlumata görə, 33 yaşlı braziliyalı stopper "Beşiktaş"ın diqqət mərkəzindədir. "Ağ-qaralar" qısa zamanda "sambaçı" ilə danışıqlara başlayacaq.
Paulista "Atletiko Madrid" forması ilə cari mövsüm La Liqada cəmi 5 rəsmi matçda iştirak edib.
Nahid Ustaclı