“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, braziliyalı legioner yeni birillik anlaşmaya qol çəkib. Əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı 2023-cü ilin yayına qədər bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Renato bu mövsüm komandasının formasıyla 22 görüşə çıxıb. "Sambaçı" bu oyunlarda 2 qol vurub.