Braziliyalı hücumçu MLS-i A Seriyasına dəyişdi

Braziliyalı hücumçu MLS-i A Seriyasına dəyişdi

İtaliyanın “Udineze” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi ABŞ klubu “Çinçinnati”dən braziliyalı hücumçu Brenneri transfer edib.

Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu 10 milyon dollar qarşılığında “Udineze”yə satılıb. Amma braziliyalı forvard iyul ayına qədər “Çinçinnati”də oynamağa davam edəcək. O, “Udineze”yə yay transfer pəncərəsi açılandan sonra qoşulacaq.

Brenner 2021-ci ildən oynadığı ABŞ klubunda 72 oyuna 27 qol vurub. O, daha öncə Braziliyanın “San Paulo” və “Fluminense” klublarının da uğurları üçün çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər