Braziliya millisinin üzvü İstanbul nəhənginə gəlir

Braziliya millisinin üzvü İstanbul nəhənginə gəlir

"Beşiktaş” yeni futbolçuyla güclənməyə hazırlaşır.

 

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Donetsk "Şaxtyor”unun yarımmüdafiəçisi Bernardı rənglərinə bağlayacaq. Ukrayna klubuyla olan müqaviləsinin müddəti yayda başa çatacaq Braziliya millisinin 26 yaşlı üzvü "Şaxtyor”da qalmaq istəmədiyini özü də açıqlayıb. Futbolçu istanbullularla şifahi razılığa gəlib. İldə 3,5 milyon avro maaş alacaq cənubi amerikalı 4 illik müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Bernard 2013-cü ildən "Şaxtyor”da top qovur.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər