"Borussiya"nın sabiq futbolçusu “Sabah”a keçidindən danışdı

"Borussiya"nın sabiq futbolçusu “Sabah”a keçidindən danışdı
"Sabah"ın yeni transferi Coy-Lens Mikels kluba keçidi barədə danışıb.
Fanat.Az xəbər verir ki, almaniyalı vinger klubun saytına açıqlamasında bunları deyib:
"Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum. Əsas məqsədim "Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, "Sabah”!”
Qeyd edək ki, Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss" klublarında çıxış edib. O, son klubu olan "Maastrixt"də 27 oyuna 7 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər