Boatenq "Barselona"nın müdafiəçisini "Beşiktaş"a səslədi

Boatenq "Barselona"nın müdafiəçisini "Beşiktaş"a səslədi

"Beşiktaş"ın sabiq oyunçusu Kevin Prins Boatenq sosial şəbəkədə "Barselona"nın ulduzu Samuel Umtitini "Beşiktaş"a keçməyə səsləyib. 

Fanat.Az xəbər verir ki, “Herta Berlin”in forması geyinən qanalı futbolçu hesabında sabiq komanda yoldaşının şəklini paylaşaraq şərh bölümünə "Come to Beşiktaş kral" yazıb.

Onun bu şərhi “Beşiktaş” azarkeşlərindən qısa zaman kəsiyində minlərlə bəyənmə toplayıb.

Boatenq "Barselona"nın müdafiəçisini "Beşiktaş"a səslədi

Qeyd edək ki, 28 yaşlı fransalı müdafiəçi Samuel Umtiti mövsümün əvvəlində "Beşiktaş"ın gündəminə gəlmişdi. "Boatenq" 2018-2019 mövsümünün ikinci yarısında onunla birlikdə "Barselona"da oynayıb. Fransalı bu mövsüm Kataloniya təmsilçisində oynamaq şansı qazanmayıb.

Kevin Prins Boatenq 2019-2020 mövsümünün ikinci yarısında icarə əsasında çıxış etdiyi "Beşiktaş"da 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər