“Beşiktaş”la “Fənərbaxça”dan növbəti qələbə

“Beşiktaş”la “Fənərbaxça”dan növbəti qələbə

Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə dörd qarşılaşma baş tutsa da, onlardan biri başa çatmayıb.

Belə ki, “Samsunspor” – “İstanbulspor” görüşü güclü yağış səbəbindən 12-ci dəqiqədə dayandırılıb.

“Beşiktaş” evdə “Sivasspor”a qalib gəlibsə, Fənərbaxça” səfərdə “Ankaragücü” ilə dueldən qələbə ilə ayrılıb. “Hatayspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib.

Hazırda 9 xala malik “Fənərbaxça” vahid liderdir. “Konyaspor” 8 xalla ikinci pillədə qərarlaşıb. “Qalatasaray”, “Beşiktaş” və “Rizəspor” isə 7 xal toplayıblar.

Türkiyə Super Liqası 4-cü tur 1 sentyabr

Kasımpaşa – Trabzonspor 1:5 Qollar: Vink, 85 – E.Destan, 15. Bardi, 28; 64. Benkoviç, 45+4. G.Gürpüz, 82.

Rizəspor – Fatih Karagümrük 1:0 Qol: Varesanoviç, 45+1.

2 sentyabr

Başakşəhər – Konyaspor 0:1 Qol: Çikalleşi, 53.

Pendikspor – Alanyaspor 1:1 Qollar: B.Sulungoz, 90+3 – Auqusto, 88.

Antalyaspor – Kayserispor 1:1 Qollar: Van de Strek, 44 – Tiam, 34.

Qaziantep – Qalatasaray 0:3 Qollar: K.Aktürkoğlu, 5. İkardi, 64; 73.

3 sentyabr

Beşiktaş – Sivasspor 2:0 Qollar: Kolli, 25. Raşiça, 40.

Ankaragücü – Fənərbaxça 0:1 Qol: Osayi-Samuel, 60.  

“Hatayspor – Adana Dəmirspor 3:3 Qollar: Strandberq, 53; 73. Dele Başiru, 75 – Ndiaye, 30. Qravilyon, 84. Abid, 89-öz qapısına.

Samsunspor – İstanbulspor matçı təxirə salınıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər