"Beşiktaş"ın yeni baş məşqçisi bu mütəxəssislərdən biri olacaq - SİYAHI

"Beşiktaş"ın yeni baş məşqçisi bu mütəxəssislərdən biri olacaq - SİYAHI

Rza Çalımbayı istefaya göndərən "Beşiktaş" rəhbərliyi yeni baş məşqçi axtarışlarını davam etdirir.

Fanat.Az "Ntvspor"a istinadən xəbər verir ki, artıq namizədlərin siyahısı da bəllidir.

Bunlar Fabio Kannavaro, Slaven Biliç, Xorxe Sampaoli, Rud van Nistelroy, Frank de Bur, Bruno Jenezio və Stanislav Çerçesovdur.

Xatırladaq ki, İstanbul nəhənginin idarəçiləri Türkiyə Super Liqasının 17-ci turunda "Alanyaspor"dan alınan məğlubiyyətdən sonra (1:3) toplantı keçirərək Çalımbayla əməkdaşlığa son qoyublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər