Ötən gecə futbol dünyasında nadir hadisələrdən biri baş verib.
Fanat.Az xəbər verir ki, "Adana Demirspor"un prezidenti Murat Sancak gecə qatıldığı canlı yayımda "Beşiktaş"ın yeni baş məşqçisini açıqlayıb.
1:1 hesabı ilə bitən "Adana Demirspor" - "Beşiktaş" matçından sonra Beyaz TV-nin canlı yayımına qatılan klub prezidenti bildirib ki, gələn mövsümdən “Beşiktaş”a Şenol Güneş rəhbərlik edəcək:
"Beşiktaş"ın yeni mövsümdə baş məşqçisi Şenol Güneş oldu. Şenol hocaya, "Beşiktaş"a uğurlar. Dəqiq xəbərdir. Bizimlə işləyən məşqçi Migel Peyronu da geri aldılar. Migel Şenol Güneşin kondisioneridir. O, birinci getdi, mövsümün sonunda Şenol hoca gedəcək".
Çempionlar Liqasında və liqadakı uğursuz nəticələrdən sonra Sergen Yalçınla yollarını ayıran "Beşiktaş" Önder Karaveliylə anlaşıb. Ancaq o, son oyunlarda verdiyi qərarlara, komandanın qeyri-sabit nəticələrinə görə tənqid olunur.
Mirağa