Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Anderson Talişka karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Takvim" yayıb.
Xəbərə görə, brazilyalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. Karyerasını Avropada davam etdirmək istəyən Talişkanın təklifə isti yanaşdığı bildirilir.
"Transfermarkt" futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Talişkanın klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, 2016-2018-ci illərdə "Beşiktaş" ın şərəfini qoruyub.
Nahid Ustaclı