“Beşiktaş”ın sabiq rəsmisi öldürüldü

“Beşiktaş”ın sabiq rəsmisi öldürüldü

Türkiyənin “Beşiktaş” klubunun İdarə Heyətinin sabiq üzvü Şafak Mahmutyazıcıoğlu qətlə yetirilib.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərə görə, 43 yaşlı keçmiş funksioner İstanbulda balıq restoranında silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində ağır yaralanan Şafakın həyatını xilas etmək mümkün olmayıb. Hücumda yaralanan sürücünün isə həyatı təhlükəsi yoxdur.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər