"Beşiktaş”ın qapıçısı Denis Boyko karyerasını Ukraynada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu vətəninə qayıdıb.
O, Kiyev "Dinamo”su ilə 5 illik müqaviləyə imza atıb.
Bu barədə məlumatı Ukrayna klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, Boyko "Beşiktaş”a 2016-cı ilin yanvar ayında "Dnepr”dən 3.3 milyon avroya transfer edilmişdi. Lakin o, İstanbul klubunda cəmi 5 rəsmi matça çıxıb. Boyko ötən mövsümün ilk dövrəsini İspaniyanın "Malaqa” klubunda, ikinci dövrəsini isə Kiyev "Dinamo”sunda icarədə keçirib.
Fanat.Az