"Beşiktaş"ın prezidenti Fikrət Orman yenidən Azərbaycana gələcəklərini deyib. Fanat.Az xəbər verir ki, klub rəhbəri fevral ayında klubun nümayəndə heyətinin Azərbaycana gələcəyini bildirib:
"İran və Azərbaycana getmək istəyirik. Milli komandaların oyunları ilə bağlı fasilədə həmin ölkələrin çempionatlarında boşluq yaranır. Onda isə futbolçular yığmanın düşərgəsində olduqlarından getməkdə çətinlik çəkirik. Bəzən siyasi vəziyyətlər də səfərimizə təsir edir. Amma niyyətimiz dəyişməz olaraq qalır.
Azərbaycan hər zaman ciddiyə aldığımız bazardı. Fevral ayının əvvəlində nümayəndələrimiz Bakıya gedəcəklər. Gələn ay orada insanların cəm şəkildə matçlarımızı seyr edə biləcəyi bir məkan və mağaza açılacaq. Açılış üçün iki oyunçumuzu və baş məşqçimizi də Bakıya göndərə bilərik".
Fanat.Az