"Beşiktaş"ın hücumçusu Ronaldu ilə Messini geridə qoydu

"Beşiktaş"ın hücumçusu Ronaldu ilə Messini geridə qoydu

"Beşiktaş"ın hücumçusu Kayl Larin DÇ-2022-nin seçmə mərhələsində Meksika ilə oyunda (2:1) vurduğu qollarla tarixi rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Kanada yığmasının üzvü munduala vəsiqə yolunda komandasına vacib qələbə qazandırmaqla yanaşı, bir neçə uğuru bir gecədə reallaşdırıb. 

O, ilk növbədə 21 illik həsrətə son qoyub. Belə ki, Kanada 2000-ci ildən bəri Meksikanı məğlub edə bilmirdi. 

Bundan başqa, Kayl Larin yığmadakı qol sayını 22-yə yüksəldib və millinin bombardiri rekorduna şərik olub. Kanadalı Dayne De Rosario 81 oyunda 22 dəfə fərqlənibsə, Larin 44 matçda eyni sayda qol vurub. O, daha bir qol vursa, Kanada milli komandası tarixinin bombardiri olacaq.

Larin həm də 2021-ci təqvim ilində milli forma ilə 14 qol vuraraq bir çox ulduzu geridə qoyub. Bu il Kilian Mbappe 8, Lionel Messi 9, Robert Levandovski və Romelu Lukaku 11, Kriştianu Ronaldu 13, Larin isə 14 qol vurub. Yalnız Memfis Depay və Harri Keyn hərəsi 16 qolla kanadalı hücumçunu qabaqlayır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər